Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasını çalışdıracaq.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Azərbaycandan fərqli olaraq yeni iş yerində daha az maaş alacaq. O, AFFA-dan illik 1,2 milyon avro maaş alırdısa, bosniyalılar ona 180 min avro verəcək.
Aylıq 15 min avro maaşı olan Prosineçki millini 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə daşısa, 300 min avro mükafata da sahib çıxacaq.