Xəbər lenti

AFFA-dan Bakıya gələn erməni idmançı barədə açıqlama...
İdman16:56 13.02.2015

AFFA-dan Bakıya gələn erməni idmançı barədə açıqlama...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda erməniəsilli futbolçu David Kazaryanın Rusiyanın U-17 millisinin heyətində Azərbaycana gözlənilən səfərinə münasibət bildirib.
Qol.az-ın məlumatına görə, o, bu gün jurnalistlərə söhbətində bu barədə həmin futbolçu ilə bağlı araşdırma apardıqlarını deyib:

“O, erməniəsilli olsa da, Rusiya vətəndaşıdır. Müvafiq qurumlara müraciət etdik. Bu məsələdə hər hansı bir problem yaşanmayacaq”.

E.Məmmədov onu da qeyd edib ki, erməniəsilli oyunçunun təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görüləcək:

“Müvafiq qurumlara məlumat vermişik. Lazımı tədbirlər görüləcək. O, Azərbaycana Rusiya vətəndaşı kimi daxil olacaq”.

Qaynar.info