Xəbər lenti

AFFA-dan Samir Abasova və "Şamaxı"nın məşqçisinə 5 oyunluq cəza
İdman13:26 10.11.2022

AFFA-dan Samir Abasova və "Şamaxı"nın məşqçisinə 5 oyunluq cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfonun məlumatına görə iclasda Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində yol verilən qayda pozuntularına görə aşağıdakı qərarlar qəbul edilib:
"Turan Tovuz” – "Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə "Turan Tovuz” klubu 1600 manat cərimə edilsin. 
"Şamaxı” klubunun qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə "Şamaxı” klubu 4000 manat cərimə edilsin, Anar Niftəliyev 5 oyunluq kənarlaşdırılsın. Oyunda hər iki komandanın texniki zonasında oturan şəxsləri A buraxılış vəsiqələrini taxmadıqlarına görə hər iki klub 800 manat cərimə edilsin.
"Qəbələ” – "Zirə” oyununda "Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin.
"Sumqayıt” – "Neftçi” oyununda "Neftçi” klubu stadiona gecikdiyi üçün klub 800 manat cərimə edilsin. Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə "Sumqayıt” klubu 800 manat cərimə edilsin. "Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə "Sumqayıt” klubu 4000 manat cərimə edilsin və Samir Abasov 5 oyunluq kənarlaşdırılsın. 
"Səbail” – "Sabah” oyununda "Səbail” klubu tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat cərimə edilsin.
Səbuhi Həsənov