Xəbər lenti

AFFA-dan şok qərar: 3 klub avrokuboklara buraxılmadı
İdman11:41 08.05.2014

AFFA-dan şok qərar: 3 klub avrokuboklara buraxılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA-da Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib.

Qaynar.info apasport.az-a istinadən xəbər verir ki, toplantıda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun sənədlərinə baxılıb. Belə ki, “Sumqayıt”dan başqa bütün klublar - AZAL, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci", “Rəvan”, “Simurq”un avrokuboklarda oynamaq istəyini nümayiş etdirib. Komissiya “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”nın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra yekun qərar verib.

Nəticədə AZAL, "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci"yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. "Bakı", “Rəvan” və “Simurq” isə göstərdiyi nəticələrdən asılı olmayaraq qitə miqyaslı turnirlərdə oynaya bilməyəcək.

Qaynar.info