AFFA-nın İntizam Komitəsinin Premyer Liqanın 2-ci turuna həsr olunmuş iclası keçirilib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda 3 klub cəzaya məruz qalıb.
Avqustun 21-də baş tutan "Qəbələ” – "Keşlə” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Sözügedən matçın 90+5-ci dəqiqəsində "Keşlə”nin hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılan 4 nömrəli futbolçusu Şəhriyar Əliyevə görə Bakı klubu 3200 manat cərimə olunub. Futbolçu isə 4 oyunluq diskvalifikasiya olunub.
Avqustun 22-də keçirilən "Zirə” – "Neftçi” oyununda isə "Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Səbuhi Həsənov