Xəbər lenti

AFFA dünən verdiyi qərarı bu gün dəyişdirdi
İdman10:55 07.09.2016

AFFA dünən verdiyi qərarı bu gün dəyişdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə I Divizionda yeni qəbul olunmuş limit yanvarın 1-dən qüvvəyə minəcək. 

Qaynarinfo.Az saytının məlumatına görə, buna PFL-in AFFA-ya müraciəti səbəb olub.

Belə ki, Peşəkar Futbol Liqasının müraciətinə əsasən, I Divizionda legioner limiti 2017-ci il yanvarın 1-dək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il təvəllüdlü və daha gənc təvəllüdlü) sisteminə uyğun tətbiq olunacaq. Dünən verilmiş 2+4+5 sistemi mövsümün ikinci yarısından etibarlı olacaq.

Qaynarinfo.Az