Xəbər lenti

AFFA “Hafka”nın borcunu ödədi
İdman16:06 17.03.2015

AFFA “Hafka”nın borcunu ödədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Arıtq bir neçə aydır ki, maaşlarını almayan “Bakı” klubunun futbolçuları bu gün bir aylıq əmək haqqlarını alıblar. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”la oyundan öncə oyunçulara verdiyi sözə gec də olsa, əməl edib.
“Zolaqlılar” sabah Topaz Premyer Liqasının 26-cı turunda “Simurq”la üz-üzə gələcəklər. Bu gün “Bakı”nın bazasına yığışan oyunçular pullarını almayacaqları halda məşqlərə qatılmayacaqlarını və sabahkı matçda meydana çıxmayacaqlarını bildiriblər. Nəticədə AFFA onlara maaşlarını ödəmək məcburiyyətində qalıb.
Qaynar.info