Xəbər lenti

AFFA İntizam Komitəsi "Turan Tovuz"a xəbərdarlıq etdi
İdman13:46 24.02.2025

AFFA İntizam Komitəsi "Turan Tovuz"a xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubuna xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bölgə təmsilçisinin milli assosiasiyanın və Peşəkar Futbol Liqasının imicinə zərər vuran əsassız bəyanat yayması səbəb kimi göstərilib.
Qeyd edək ki, "Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.