Xəbər lenti

AFFA məşhur türk mütəxəssislə danışıqlara başladı
İdman11:22 11.02.2020

AFFA məşhur türk mütəxəssislə danışıqlara başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Beşiktaş”ın sabiq baş məşqçisi Abdullah Avcı Azərbaycan milli komandasını çalışdıra bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət” qəzaeti məlumat yayıb.
Bildirilir ki, artıq AFFA rəhbərliyi türk mütəxəssislə danışıqlara başlayıb. Qurum rəsmiləri dünən Avcı ilə görüş keçirib. AFFA 56 yaşlı mütəxəssisi milli komandamızın başına gətirmək istəyir. Avcı isə hələlik təklifi qəbul etməyib. Onun yaxın günlərdə qərar verecəyi bildirilir.
Qeyd edək ki, Avcı mövsümə "Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. 2011-2013-cü illərdə Türkiyə millisinə başçılıq edən mütəxəssis bundan başqa "İstanbulspor", "Başakşəhər"in əsas, "Qalatasaray"ın 2-ci komandalarını, ölkənin U-17 millinisi çalışdırıb.