Xəbər lenti

AFFA məşqçini 1 illik futboldan uzaqlaşdırdı
İdman15:00 08.11.2016

AFFA məşqçini 1 illik futboldan uzaqlaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Qaynarinfo.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb: 

U-19 Liqasında “Kəpəz” (Gəncə) - “Turan” (Tovuz) matçının 44-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Rəşad Nağıyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 88-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

U-10 Liqasında “Leon” FK (Bakı) – “Təhsil” FM (Bakı) matçı başa çatdıqdan sonra “Təhsil ” FM klubunun məşqçisi Tural Kərimov oyunun baş hakiminə qarşı qeyri-etik ifadələr işlətdiyinə və fiziki təsir göstərdiyinə görə 1 il yarışlardan kənarlaşdırılıb.

Qaynarinfo.Az