Xəbər lenti

AFFA MK üzvlərini səfərə göndərdi
İdman08:45 01.09.2021

AFFA MK üzvlərini səfərə göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın Məşqçilər Komitəsinin üzvləri səfərlərə yollanmağa başlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə artıq iki mütəxəssis ölkə xaricinə gedib. Belə ki, Komitə üzvlərindən Şakir Qəribov U-21-lə birlikdə Xorvatiyaya yollanıb. Şakir bəy millimizin Avropa çempionatının seçmə mərhələsində sabah Velika Qoritsa şəhər stadionunda xorvatlara qarşı keçirəcəkləri matçı izləyəcək.
Komitənin digər üzvü Şahin Diniyev isə bugündən etibarən Azərbaycanı tərk edib. Milimizin sabiq baş məşqçisi Serbiyaya gedəcək və ayın 9-na qədər orada qalacaq.
Canni De Byazinin rəhbərlik etdiyi yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də səfərdə Serbiya ilə qarşılaşacaq.
Səbuhi Həsənov