AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasda Misli Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən matçlarda yol verilən qayda pozuntularına dair aşağdakı qərarlar qəbul olunub.
"Neftçi” (Bakı) – "Qarabağ” (Ağdam) oyununda "Neftçi” komandası azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə "Neftçi” klubu 4000 manat cərimə edilsin (maddə 41.7.)
"Neftçi” (Bakı) – "Qarabağ” (Ağdam) oyununda "Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə "Qarabağ” klubu 800 manat cərimə edilsin (maddə 51.2.)
"Sabah” (Bakı) – "Şamaxı” oyununda "Sabah” komandasının 11 nömrəli oyunçusu Kristian Sebalyos oyunun 24-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün oyunlardan 2 oyun kənarlaşdırılsın və "Sabah” klubu 1600 manat cərimə edilsin (maddə 37.1.)
"Sabah” (Bakı) – "Şamaxı” oyununda "Şamaxı” komandasının 22 nömrəli oyunçusu Elçin Mustafayev oyunun 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün oyunlardan 2 oyun kənarlaşdırılsın və "Şamaxı” klubu 1600 manat cərimə edilsin (maddə 36.1.)
"Kəpəz” (Gəncə) – "Sumqayıt” oyununda "Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyunun vaxtında başlamamasına görə "Kəpəz” klubu 800 manat cərimə edilsin (maddə 69.5.)
"Kəpəz” (Gəncə) – "Sumqayıt” oyununda "Sumqayıt” komandasının 6 nömrəli oyunçusu Vüqar Mustafayev oyunun 83-cü dəqiqəsində ikinci sarı vərəqə aldığı üçün 1 oyun oyunlardan kənarlaşdırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1.)
Səbuhi Həsənov