Xəbər lenti

AFFA-nın baş katibi tıxaca düşdü
İdman06:15 17.11.2014

AFFA-nın baş katibi tıxaca düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən axşam millmizin Norveçlə qarşılaşmasını izləməyə gedən Sport7.az əməkdaşı maraqlı olaya şahidlik edib.

Belə ki, stadiona gedən yolda yaranan uzun avtomobil tıxacında əziyyət çəkənlərdən biri də AFFA-nın baş katibi Elxan Məmmədov olub.

Oyunun başlamasına 40 dəqiqə qalana qədər səbr edən baş katib belə davam edərsə stadiona gecikəcəyini görüb maşından düşüb. Sürətli addlmlarla stadiona yönələn Məmmədov yarım kilometrdən çox yolu piyada getməli olub.
Xatırladaq ki, onun bu zəhməti belə millimizi məğlubiyyətdən xilas etməyib, görüş qonaqların minimal qələbəsiylə yekunlaşıb.

Qaynar.info