Xəbər lenti

AFFA-nın fanşopu açıldı - FOTOLAR
İdman11:14 23.05.2016

AFFA-nın fanşopu açıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Port Baku Moll"un 3-cü mərtəbəsində yerləşən "QoSport" idman malları mağazasında dünən AFFA-nın rəsmi fanşopu açılıb.

Qaynarinfo.az xəbər verir ki, burada azarkeşlər Azərbaycan milli komandalarının rəsmi oyun, məşq və nümayiş geyimlərini əldə edə bilərlər. Açılışda milli komandanın üzvləri Kamran Ağayev, Qara Qarayev və Araz Abdullayev iştirak ediblər, azarkeşlərə imza paylayıblar.

Tədbirdə iştirak edən AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib ki, AFFA "QoSport"la bu əməkdaşlıqda çox maraqlıdır. Bu əməkdaşlıq sayəsində futbol azarkeşləri şəhərin mərkəzində yerləşən mağazadan çox rahatlıqla milli komandanın geyimlərini əldə edə biləcəklər. "QoSport"la əməkdaşlığın nəticəsi olaraq satış xərcləri azaldığı üçün malların qiyməti 2 dəfə endirilib.

Qeyd edək ki, "QoSport" Azərbaycanda ən iri idman mallarını təqdim edən multibrend mağazadır. Tezliklə "QoSport"un "Gənclik Moll"da yerləşən digər mağazasında da AFFA-nın rəsmi fanşopu fəaliyyətə başlayacaq.

Qaynarinfo.az