Xəbər lenti

AFFA-nın hüquqşünası Əmircanovun FİFA-ya şikayət etməsini istəmir
İdman15:00 26.07.2016

AFFA-nın hüquqşünası Əmircanovun FİFA-ya şikayət etməsini istəmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, AZAL klubunun futbolçusu RuslanƏmircanov "Qəbələ"ni orda oynadığı müddətdə 120 min dollar maaşınıödəmədiyi üçün AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə şikayətedib.

AFFA isə ölkədəki maddi durumu nəzərə alaraq bu məbləğinyalnız 40 mininin "Qəbələ" tərəfindən ödənilməsinə qərar vermişdi.Bununla belə, "Qəbələ" tərəfi futbolçunun oynamadığını əsas gətirərəkAFFA Apellyasiya və Ekspert Komitəsinə qərardan şikayət etmiş və futbolçuyaqəpik də ödəməyəcəyini bildirmişdi.

Qaynarinfo.Az sözügedən komitənin üzvlərindən olan, AFFA-nınhüquqşünası Rəmiş Malıyevlə bu məsələ barədə danışıb. Malıyev komitəniniclasının nə vaxt olacağını gizlətməyə çalışıb: "İş maddi məsələ ilə bağlıolduqda qərarın nə vaxt veriləcəyi barədə məsələləri konfidensial saxlayırıq.Çalışırıq ki, mətbuata bu məsələ çıxmasın. Ancaq istənilən halda klubunarqumentlərinə baxılacaq və qərar çıxarılacaq. AFFA ilkin olaraq 40 mindolların ödənilməsi tələbini "Qəbələ"nin üzərinə öhdəlik kimi qoyub.Klub isə hüququ çatan apellyasiya şikayətindən istifadə edib. İndi məsələninkimin xeyrinə çıxarılacağını demək olmaz".

Malıyevə Ruslan Əmircanovun AFFA-nın 40 min dollarlıq qərarıilə də razılaşmadığını, istənilən halda hüquqşünas vasitəsilə FİFA-ya şikayətedəcəyini çatdırdıq. Malıyev bunu belə qarşıladı: "Açığı, futbolçu ilə buhaqda danışmamışam. Bilmirəm, şikayət edəcək, ya yox. Amma istəməzdik ki,Azərbaycandan FİFA-ya hansısa şikayət daxil olsun".

Qaynarinfo.Az