AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, iclasda bir neçə məsələ ətrafında müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul olunub.
1. 2023/2024-cü illər mövsümündən etibarən "Şahdağ Qusar” və "Dinamo” FK II liqada çıxış etsin.
Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların "Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.
2. FİFA-nın "FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın.
Səbuhi Həsənov