Xəbər lenti

AFFA-nın qəbul etmədiyi oyun üçün stadion tapıldı
İdman11:00 05.06.2013

AFFA-nın qəbul etmədiyi oyun üçün stadion tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Futbol Federasiyası (TFF) ölkə Superkuboku uğrunda qarşılaşmanın keçiriləcəyi məkanı müəyyənləşdirib.

Trend-in verdiyi məlumata görə, "Fənərbağça" ilə "Qalatasaray" arasındakı görüş böyük ehtimalla Mersin şəhərində baş tutacaq.

Xatırladaq ki, TFF əvvəlcə bu oyunun Bakıda keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə müraciət etsə də, AFFA vaxt məhdudluğunu əsas gətirərək təklifi rədd etmişdi.

Qeyd edək ki, "Mersin Arena" stadionu 25 min azarkeş tutumuna malikdir.

Qaynar.info