Xəbər lenti

AFFA-nın sabiq prezidenti: "Platini əclafdır"
İdman08:25 31.05.2015

AFFA-nın sabiq prezidenti: "Platini əclafdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yozef Blatterin yenidən prezident seçilməsini çox yaxşı qarşıladım. FİFA-ya üzv assosiasiyaların seçimini alqışlayıram". Bu sözləri Sportnet.az-a açıqlamasında AFFA-nın keçmiş prezidenti Fuad Musayev deyib.
O, ABŞ-ın Blatteri bu vəzifədən kənarlaşdırmaq üçün təxribatlara əl atdığını və UEFA prezidenti Mişel Platininin Blatterə qarşı riakarlıq etdiyini bildirib: "ABŞ min yola əl atdı ki, FİFA-nı parçalasın. Dünən gah bomba xəbərini yaydılar, gah qızlar gəlib orda səs-küy saldılar. ABŞ prokurorluğğundan gəlib FİFA-da yoxlanış edirlər. Belə şey olarmı ki, başqa ölkədən gəlib kimlərisə tutub aparsınlar? Platini əclafdır. Blatterin prezindent olmasını istəmir. Sonra seçildikdən sonra gəlib əlini sıxır. Platini əsl sifətini göstərdi. Halbuki Blatter prezident gəldikdən sonra Platinini UEFA-ya gətirdi. Onun köməyi ilə gəldi vəzifəyə".
Qeyd edək ki, dünən İsveçrənin Sürix şəhərində FİFA-nın prezident seçkiləri keçirilib. Yozef Blatter növbəti 5 ildə ali futbol qurumuna rəhbərlik edəcək.
Qaynar.info