
AFFA-nın yeni prezident seçkisi keçirilib. Qaynar.info xəbər verir ki, yeganə namizəd olan Rövnəq Abdullayevin namizədliyi nizamnaməyə uyğun olaraq açıq səsverməyə qoyulub.
Bütün konfrans iştirakçıları yekdilliklə Rövnəq Abdullayevə səs veriblər. Beləliklə, Rövnəq Abdullayev daha 4 il AFFA prezidenti olacaq.
Eyni hadisə AFFA İcraiyyə Komitəsinin üzvlərinin seçilməsində də baş verib. Belə ki, hamı yekdilliklə namizədliyi irəli sürülmüş şəxslərə səs verib. Dünən xəbər verdiyimiz kimi, Komitənin 2 yeni üzvü olub. Bunlar "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və Xarici İşlər naziri Elmar Məmmədyarov olub.
Xatırladaq ki, Rövnəq Abdullayev 2008-ci il martın 14-də ilk, 2012-ci il martın 9-da isə ikinci dəfə AFFA-nın prezidenti seçilib.
Qaynar.info