XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşdi
İdman08:39 02.04.2024

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşdi

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.
"Report"un məlumatına görə, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.
Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.
Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.