Xəbər lenti

AFFA Prosineçki məsələsini kökündən baltaladı: Türklərdən 2 milyon avro istənildi
İdman13:35 25.01.2017

AFFA Prosineçki məsələsini kökündən baltaladı: Türklərdən 2 milyon avro istənildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Roberto Prosineçkinin "Bursaspor"a keçidi baş tutmayıb. 

Qaynarinfo.Az "ajansspor"a istinadən xəbər verir ki, bu barədə xorvat mütəxəssisin təmsilçisi Yaşar Çalışır açıqlama verib.

Image

Menecer bildirib ki, AFFA Prosineskidən 2 milyon avro təzminant istəyib: "Təəssüf ki, anlaşma baş tutmadı. Onun dekabr ayınadək AFFA ilə anlaşması var. Birincisi, AFFA Prosineçkini göndərmək istəmir. İkincisi, komandanı tərk edəcəyi halda 2 milyon avro tələb edirlər. Mən onun mart ayındakı Almaniya matçınadək iki komandanı çalışdırmasını təklif etdim. Nə AFFA, nə də "Bursaspor" bu təklifi qəbul etdi. Prosineçki "Bursaspor"da işləməyi çox istəyirdi. Klub da onu istəyirdi. Amma istədiyimiz nəticə olmadı".

İhlas Xəbər Agentliyinə danışan "Bursaspor"un vitse-prezidenti Ali Adəmoğlu isə artıq başqa variantları nəzərdən keçirəcəklərini söyləyib: “Təəssüf ki, Prosineçki alınmadı. Başqa mütəxəssislərlə görüşlərimiz olacaq”.

Related

Qaynarinfo.Az