
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvləri həvəskarlar arasında Azərbaycan birinciliyinin qanlı "Mehdiabad” – "Şəfəq” matçı barədə qərarlar qəbul edib. İntğizam Komitəsinin qərarını olduğu kimi təqdim edirik:
7 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Mehdiabad” – "Şəfəq” matçının 90+3-cü dəqiqəsində "Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov azarkeşləri təhqir edib və bir neçə azarkeşlə dava edib.
Həmin anda "Şəfəq” klubunun digər futbolçuları baş verən hadisə yerinə tərəf qaçsalar da, polis tərəfindən dayandırılıb və münaqişənin qarşısı alınıb. Oyun başa çatdırılmayıb. İntizam Komitəsi yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edir:
- "Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov dava-dalaşda iştirak etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 39).
- "Şəfəq” klubunun 8 №-li futbolçusu Emil Cəfərov və 1 №-li futbolçusu Elvin Məmmədov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
- "Şəfəq” klubunun təqsiri nəticəsində oyun sonadək oynanılmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 49).
Qeyd edək ki, "Şəfəq”in "Facebook” səhifəsi "Mehdiabad” azarkeşlərinin futbolçulara hücum etdiyi, 8 oyunçunun yaralandığı və onlardan 4-nün vəziyyətinin ağır olduğu barədə xəbər yayıb. AFFA-nın qərarında isə bununla bağlı heç nə göstərilməyib./ann.az/