Xəbər lenti

AFFA “Qəbələ”ni cəzalandırdı
İdman10:42 22.12.2020

AFFA “Qəbələ”ni cəzalandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
Premyer Liqanın 12-ci turunun "Qəbələ” – "Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.
"Qəbələ” klubunun 10 nömrəli futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Birinci Divizionun 11-ci turunun MOİK – "Neftçi-2” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.