Xəbər lenti

AFFA rəsmisi Avropa çempionatına təyinat aldı
İdman08:32 03.05.2022

AFFA rəsmisi Avropa çempionatına təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
Qaynarinfo xəbər verir ki, Hacı-Məhərrəmov 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.
O, qrup mərhələsinin 6, həmçinin ¼, yarımfinal və final oyunlarında iş başında olacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 16 may - 1 iyunda İsraildə təşkil olunacaq.