Xəbər lenti

AFFA rəsmisi: “Görüşlər Elxan Məmmədovun öz təşəbbüsü ilə baş tutur”
İdman10:12 08.10.2021

AFFA rəsmisi: “Görüşlər Elxan Məmmədovun öz təşəbbüsü ilə baş tutur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA-nın İcraçı vitse-prezdenti Elxan Məmmədov son vaxtlar rayonlara səfərləri ilə gündəmə gəlir. Gənclər və İdman naziri Fərid Qayıbovla görüşdən sonra müxtəlif bölgələrə yollanan Elxan bəy orada azyaşlı futbolçularla görüşlər keçirir. AFFA rəsminin daha haralara səfər edəcəyi və qarşıdakı planlarla qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq.

 

Firuz bəy Qaynarinfo-ya açıqlamasında bunları deyib:

 

"Növbəti səfərlərin vaxtı və məkanı millinin oyunlarından sonra müəyyənləşəcək. Hazırda Elxan Məmmədov Bakıdadır. Çünki bu gün U-21-in, sabah əsas yığmanın oyunu var. Yəqin ki, millinin Serbiya ilə oyunlarından sonra növbəti planlar müəyyənləşəcək”.

 

Maraqldır bu səfərlər çərçivəsində daha haralara getmək getmək nəzərdə tutulub? AFFA rəsmisi bildirib ki, hələ hara gediləcəyi dəqiq deyil:

"Planla bağlı dəqiq məlumat yoxdur. Əslində bütün bölgələrə səfər nəzərdə tutulub. Amma konkret nə vaxt, hara gediləcəyini deyə bilməyəcəyəm”.

 

Elxan Məmmədov bu layihəyə start verəndən sonra sonra ictimaiyyətdə bir sual maraq doğurur: Niyə bu səfərlər indi başladı və ildırım sürətiylə həyata keçirilir: Firuz Abdullanın bu suala cavabı belə olub:

 

"Yəqin ki, özü daha yaxşı cavab verər. Çünki bu mənim cavab verəcəyim sual deyil”.

 

Elxan Məmmədovun bölgələrə səfər Gənclər və İdman naziri Fərid Qayıbovla görüşdən sonra başladı. Maraqlıdı, bu nazirin tapşırığı əsasındadır? AFFA rəsmisi bunu istisna edib:

 

"Xeyr, bunun məsələyə aidiyyatı yoxdur. Çünki görüşlər onun öz təşəbbüsü ilə baş tutur. Bu suallara o daha yaxşı cavab verə bilər. Yəqin ki, özü ətraflı aydınlıq gətirəcək”.

 

Səbuhi Həsənov