AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Qaynarinfo xəbər verir ki, Könül Mehtiyeva Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Torpedo” (Gürcüstan) - "Sarayevo” (Bosniya və Herseqovina) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Görüş iyulun 13-də Kutaisidə keçiriləcək.
Səbuhi Həsənov