AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Trabzonspor" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qarşılaşma noyabrın 3-də Trabzon şəhərindəki "Şenol Güneş Spor Kompleksi”də baş tutacaq.
Səbuhi Həsənov