AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub.
Qaynarinfo-nun məlumatına görə, iclasda Premyer Liqanın 10-cu turu çərçivəsində baş tutan görüşlərlə bağlı aşağıdakı qərarlar çıxarılıb.
"Turan Tovuz” – "Qarabağ” oyununda "Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37).
"Turan Tovuz” – "Qarabağ” oyunu bitdikdən sonra meydanaçaya kənar şəxslər daxil olduğuna görə "Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 51.2).
"Səbail” – "Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2).
"Kəpəz” – "Zirə” oyununda "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Zirə” klubu 700 manat cərimə edilir (maddə 37).
"Sabah” – "Sumqayıt” oyununun 78-ci dəqiqəsində "Sabah” klubunun meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Sabah” klubu 1000 manat cərimə edilir (maddə 42.4).
"Qəbələ” – "Araz-Naxçıvan” oyununun 29-cu dəqiqəsində "Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41).
"Qəbələ” – "Araz-Naxçıvan” oyununun 60-cı dəqiqəsində "Qəbələ” klubunun 72 nömrəli futbolçusu Osama Xalayla ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 36.5).
Səbuhi Həsənov
Şərhlər