Xəbər lenti

AFFA sabiq futbolçusunun "Səbail"dən şikayətini təmin etmədi
İdman13:32 13.10.2023

AFFA sabiq futbolçusunun "Səbail"dən şikayətini təmin etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi hazırda "Araz-Naxçıvan"da çıxış edən Tural Bayramlının şikayətinə baxıb.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin sabiq klubu "Səbail"dən kompensasiya tələbi və "dənizçilər"ə idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməyib.
"Səbail" Bayramlı ilə yay fasiləsində yollarını ayırıb. Oyunçu onunla yolların qanunauyğun şəkildə ayrılmadığını əsas gətirərək şikayət etmişdi. O, Bakı təmsilçisindən bir mövsüm ərzində alacağı məbləği istəyir.
Səbuhi Həsənov