Xəbər lenti

AFFA "Sumqayıt"a güzəşt etmədi
İdman11:03 12.11.2021

AFFA "Sumqayıt"a güzəşt etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın Apellyasiya və Arbitraj Tribunalı "Sumqayıt"ın şikayətinə baxıb.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi Premyer Liqanın 8-ci turunda "Sabah"la matçın 12-ci dəqiqəsində "aqressiv hərəkət"ə görə qırmızı vərəqə ilə meydandan qovulan və 5 oyunluq cəzalandırılan Murad Xaçayevlə bağlı apellyasiya şikayəti verib. 
Apellyasiya və Arbitraj Tribunalı şikayətə baxıb və aşağıdakı qərarları çıxarıb: 
1. "Sumqayıt” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
2. AFFA İntizam Komitəsinin 29.10.2021-ci il tarixində "Sumqayıt” futbol klubunun oyunçusu Murad Xaçayev və Klub barəsində verdiyi qərar qüvvədə saxlanılsın.
Səbuhi Həsənov