
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
«Qəbələ» – «Bakı» matçının 1 və 29-cu dəqiqələrində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vəsatələrdən istifadə olub. Bu səbəbdən klub 1000 manat cərimə edilib. Oyundan sonra təhlükəsizlik təmin olunmadığı üçün (meydançaya azarkeş daxil olub) «Qəbələ» daha 5000 manat cərimələnib.
Matçda «Qəbələ»nin 6, «Bakı»nın 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən hər iki klub 1000 manat cərimə ödəcəyəcək.
«Simurq» isə «Neftçi» ilə matçın 90+3-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün 2000 manat cərimələnib.
Qaynar.info