Xəbər lenti

AFFA üç klubu cərimələdi
İdman09:34 03.04.2023

AFFA üç klubu cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo-nun məluamatına görə, iclasda Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilən görüşlərdə qaydanı pozanlar aşağıdakı şəkildə cəzalandırılıb.
"Turan Tovuz” – "Sumqayıt” oyununda "Sumqayıt” klubunun futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 36.1).
"Kəpəz” – "Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə "Kəpəz” klubu 1600 manat cərimə edilir (maddə 49.2).
"Sabah” – "Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə "Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2) .
Səbuhi Həsənov