Xəbər lenti

AFFA UEFA qarşısında geri çəkildi: "Xəzər Lənkəran"ın bütün pulları ödəndi
İdman15:30 27.12.2016

AFFA UEFA qarşısında geri çəkildi: "Xəzər Lənkəran"ın bütün pulları ödəndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, üzvləri milli komandaların heyətində çıxış edən klublara ödənilməsi üçün UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilmiş və “Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu bildirilmişdi.

Qaynarinfo.Az xəbər verir ki, UEFA artıq bu sorğunu cavablandırıb və Avro-2016-nın seçmə mərhələsində “Xəzər Lənkəran” klubuna məxsus futbolçuların milli komanda heyətində çıxışına görə UEFA tərəfindən ayrılmış 120 583 avro 68 sent vəsait UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Ancaq eyni zamanda, “Xəzər Lənkəran” klubu ötən mövsüm İntizam Komitəsinin çıxardığı qərarlara əsasən AFFA və PFL-ə qalan borcunu ödəyəcək.

Qeyd edək ki, bundan əvvəl AFFA UEFA-nın uşaq futbolu üçün "Xəzər Lənkəran"a ayırdığı 51 104 avronu vermək istəməmiş v bunun üçün Avropanın ali qurumuna sorğu göndərmişdi. UEFA isə bu pulun klubun hesabına köçürülməsində heç bir problemin olmamasına dair cavab vermişdi.

Qaynarinfo.Az