
"Neftçi” PFK inzibati heyət və kadr siyasətinin optimallaşdırılması ilə bağlı qərar qəbul edib.
Qaynarinfo.Az xəbər verir ki, qərara görə, Orxan Hüseynzadə icraçı direktor vəzifəsinə təyin olunub. Hüsenyzadə həmçinin idman direktoru vəzifəsini də yerinə yetirəcək. İcraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsinə isə Elnur Eyvazov təyin edilib.
Qeyd edək ki, "Neftçi"nin Müşahidə Şurasının qərarına görə, Elnur Məmmədov icraçı direktor vəzifəsindən çıxarılandan sonra onun yerinə Elnur Eyvazov təyin olunmuşdu. Lakin Elnur Eyvazov AFFA yox, SOCAR xətti ilə ora təyin olunduğundan, əsas söz sahibinin AFFA-nın "adam"ı Orxan Hüseynzadə olduğu deyilirdi. Görünən odur ki, deyilənlər əsaslı imiş. Bu qərar ondan xəbər verir ki, AFFA, daha doğrusu, baş katib Elxan Məmmədov eyni qurumda çalışdıqları Hüseynzadəni yenidən icraçı direktor postuna təyin etməyi bacardı.
Qaynarinfo.Az