Afrika Futbol Konfederasiyasının bu il ilk dəfə təşkil etdiyi Afrika Liqasının çempionu Cənubi Afrika Premyer Liqası təmsilçisi "Mamelodi Sandaunz” olub.
Qaynarinfo-nun məlumatına görə, Cənubi Afrikanın paytaxtı Pretoriyadakı "Loftus Versfeld” stadionunda keçirilən cavab oyununda kubokun ilk sahibi olmaq uğrunda "Mamelodi Sandaunz” və Mərakeş klubu "Vidad” üz-üzə gəlib. Mərakeşdə keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə uduzan Cənubi Afrika klubu evdə 2:0 hesablı qələbə qazanaraq Afrika Liqasının ilk qalibi olub.
FİFA prezidenti Canni İnfantino matçdan sonra verdiyi açıqlamada "Mamelodi Sandaunz" komandasını təbrik edib və bu il ilk dəfə keçirilən Afrika Liqasının dünya futboluna əhəmiyyətli töhfələr verəcəyini bildirib. İnfantino finalda mübarizədən kənarlaşdırılan "Vidad"ı da təbrik edib.
Afrika Liqasının ilk mövsümündə qitənin hər yerindən səkkiz komanda mübarizə aparıb. Gələn ildən başlayacaq turnirdə qitənin üç regionundan ümumilikdə 24 komandanın iştirakı gözlənilir. Afrika Liqası turniri Afrika Çempionlar Liqası və Afrika Konfederasiya Kubokundan sonra qitədə üçüncü böyük klub səviyyəli turnirdir.
Səbuhi Həsənov