Xəbər lenti

Afşardan Hafiz Məmmədovun sözlərinə reaksiya: "Orda adım çəkilməyib"
İdman13:18 29.09.2016

Afşardan Hafiz Məmmədovun sözlərinə reaksiya: "Orda adım çəkilməyib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən "Bakı" klubunun prezidenti Hafiz Məmmədov müsahibə verib. "Bağlan Qrup"un sahibi verdiyi müsahibədə maraqlı məqamlara toxunub.

Məsələn, o, AFFA İcraiyyə Komitəsindən çıxması ilə bağlı verilən suala belə cavab verib: "Klubum artıq əsas liqada yox idi. Yaşar Seyidova demişəm ki, borclarımızı bağladıqdan sonra AFFA-ya müraciət edək. AFFA-nı incitməyin adı yoxdur. Futbolçularla özümüz danışa bilmirik ki? Ayda 3-5 milyon xərcləyən klub funksionerləri var idi. Onlar indi haradadır? Hərəsi bir futbolçu gətirmişdi, gedib danışsınlar da... Əslində, onların hamısı klubda var. Oktyabrın 1-dən onları bir araya gətirəcəm".

Təbii ki, Hafiz Məmmədovun dediyi şəxslər dedikdə klubun menecerləri yada düşür. Həmin şəxslər isə Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov və türkiyəli Tunç Afşar idi.

Qaynarinfo.Az bu 2 şəxsdən yalnız Afşarla danışa bilib. O bildirib ki, ad çəkilmədiyi üçün özündə məsuliyyət görmür: "Hafiz müəllimin müsahibəsindən xəbərim var. Ancaq orda konkret ad çəkilməyib. Bu üzdən bu haqda nəsə demək düzgün olmaz. Mənə oktyabrın 1-nə Azərbaycana gəlmək barədə isə hələ ki heç nə deyilməyib. Ancaq dəvət gəlsə, Bakıya gələrəm. Dost dar gündə tanınar".

Qaynarinfo.Az