Xəbər lenti

“AG Bank” xarici valyutada əmanət qəbul etmir
Ekonomiks07:06 04.09.2018

“AG Bank” xarici valyutada əmanət qəbul etmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"AG Bank” ABŞ dolları və avro ilə əmanət qəbul etmir.
Qaynarinfo kommersant.az-a istinadən xəbər verir ki, "AG Bank” "Sərfəli əmanət” paketində xarici valyutada əmanət qəbul etmir. Belə ki, sözügedən bank əmanət müddətləri 3 ay, 6 ay, 9 ay və 1 il olan manat əmanətini illik 4% -dən 11% -dək qəbul edir. Eyni paketdə ABŞ dolları ilə 3 aylıq əmanət qəbul etməyən bank, 6 ay, 9 ay və illik dollar əmanətini illik 1,5%-dən 3%-dək qəbul edir.
Qeyd edək ki, "AG Bank” avro ilə də 3 ay, 6 ay və 9 aylıq əmanət qəbul etmir. 1 illik avro əmanətinin illik faiz dərəcəsi isə 1% təşkil edir.