Randi Taraborellinin yazdığı yeni "Kennedi" kitabı 1963-cü ildə 46 yaşında sui-qəsd qurbanı olan ABŞ prezidenti Con F. Kennedinin ğqadınlarla münasibətinin rəsmi iqamətgah olan Ağ Evə qədər uzandığını ifşa edir.
Qaynarinfo xəbər verir ki, kitaba görə Kennedi 1962-ci ildə sevgililərindən biri - ictimai şəxs Meri Meyerlə Ağ Evdə görüşüb. Həyat yoldaşı Ceki Kennedini səfərə göndərən prezident iki uşaq anası olan Meri Meyeri Ağ Evə dəvət edib.
Prezident həyat yoldaşı ilə bölüşdüyü yataqda bu dəfə Meyerlə yaxınlıq yaşayıb. Ceki Kennedi Merilin Monro daxil ərinin çoxlu əlaqələrini bildiyi kimi bunu da bilib. Lakin o, həm ərindən eşitdiyi "Həqiqi cinsi əlaqədə olmamışıq" sözlərinə inanır, həm də ABŞ-nin birinci xanımı statusundan imtina etmək istəmir. Amma bir Ağ Ev qəbulunda Meyerə əl uzatmayaraq onu alçaldır. Digər tərəfdən, Kennedi o vaxt Helen Çavçavadzeylə də görüşmüş.
İddiaya görə, Con Kennedi Meri Meyerə o qədər aşiq olur ki, Ceki Kennedidən boşanıb onunla evlənməyi düşünürmüş. Lakin 1963-cü ildə sui-qəsd nəticəsində həyatını itirir. Meri Meyer isə bir il sonra küçədə güllələnərək öldürülür. Cinayətdə tək şübhəli olan qaradərili iddia olunan şəxs də sonradan bəraət alıb.
Randi Taraborellinin kitabında Ceki Kennedinin ərinin xəyanətlərindən xəbərdar olduğu qeyd olunur. İllər sonra ailə yaxını ilə söhbətində Ceki Kennedi etiraf edib: "Əlimdəki kartlarla ən yaxşısını etməyə çalışırdım. Conu sevirdim. Qalanını görməməzliyə vurmalı idim. Evliliyim dərin, qara bir çuxur kimi idi - aşağı baxsaydım, içinə düşəcəkdim".
Aydın
Şərhlər