Xəbər lenti

Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışına qadağa qoyulur
Ekonomiks10:14 14.10.2022

Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışına qadağa qoyulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışı məhdudlaşdırılır.
Qaynarinfo-nun məlumatına görə, "Azəraqrartikinti" ASC-də müxtəlif vəzifələrdə çalışan, iş adamı kimi tanınan Maqsud Əvəz oğlu Gülməmmədovun ölkədən çıxışı məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilib. 
Müraciətin səbəbi isə Maqsud Gülməmmədovun 2 saylı Ərazi Vergilər Baş İdarəsinə külli miqdarda vergi borcunun olmasıdır. 
Məhkəmə işinə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyev sədrliyi ilə baxılacaq.
Əhməd