Xəbər lenti

Ağcəbədidə ağır qəza nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var (FOTO)
Ölkə20:33 28.02.2025

Ağcəbədidə ağır qəza nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, rayonun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınları toqquşub.

İlkin məlumata görə, qəzada 5 nəfər həyatın itirib, yaralılar var.

Hadisə nəticəsində xəsarət alanlar Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılır.