Xəbər lenti

Agentlikdə struktur dəyişikliyi: Yeni şöbə müdiri təyin edildi
Ölkə13:41 15.11.2021

Agentlikdə struktur dəyişikliyi: Yeni şöbə müdiri təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əqli Mülkiyyət Agentliyində şöbələrdən biri ləğv olunub.
"Report"un əldə etdiyi məlumata görə, agentliyin aparatının Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsi ləğv edilib.
Ləğv olunan şöbənin müdiri Hüseynov Aydın Fridun oğlu isə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Təlim, nəşr və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Bundan əlavə, Əqli Mülkiyyət Agentliyi sədrinin müşaviri Fuad Kərimov Apellyasiya Şurasının sədri – müşavir vəzifəsinə keçirilib.
Agentlikdən məlumatı "Report"a təsdiqləyiblər.