Xəbər lenti

Ağır sumo güləşçiləri təyyarənin uçmasına mane oldu
İdman11:12 16.10.2023

Ağır sumo güləşçiləri təyyarənin uçmasına mane oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın ən böyük hava yolu şirkəti "Japan Airlines" sumo güləşçilərinin təyyarənin uçmasına mane olacaq qədər ağırlıq yaratdığı üçün əlavə uçuşlar təşkil etməli olub. 
Qaynarinfo-nun məlumatına görə, əlavə uçuşla bağlı qərar ötən cümə axşamı sərnişinlər arasında 27 sumo güləşçisinin yer almasından sonra qəbul edilib. "Yomiuri Şimbun"un çıxan xəbərə görə, sumo güləşçilərinin idman festivalında yarışmaq üçün Tokionun Haneda hava limanından və Osakadakı İtami hava limanından Boeing 737-800 təyyarələri ilə cənubdakı Amami Oşima adasına getməsi planlaşdırılırdı. Lakin uçuşdan əvvəl siyahı yoxlanarkən sərnişinlər arasında orta çəkisi 120 kilo olan sumo güləşçilərinin olduğu müəyyənləşəndikdən sonra planlar dəyişdirilib. Böyük təyyarələrin Amami hava limanında qalxıb enməsi çətin olduğundan, aviaşirkət 14 sumo güləşçisindən İtamidən Hanedaya uçaraq əlavə reysə qoşulmağı xahiş edib.
Yaponiya mətbuatında yer alan xəbərlərə görə, bazar günü turnir başa çatdıqdan sonra güləşçiləri evlərinə aparmaq üçün də əlavə uçuşlar təşkil edilib.
Sumo güləşi Yaponiyada ənənəvi idman növüdür. Bu güləşçilər üçün minimum çəki səviyyəsi yoxdur, lakin aşağı səviyyədə olanlar gündə ən az dörd, daha ağır idmançılar isə səkkiz min kalori istehlak edir.
Səbuhi Həsənov