Xəbər lenti

Ağstafa sakinlərinin qaz problemi həll olundu (FOTOLAR)
Ekonomiks08:05 22.06.2023

Ağstafa sakinlərinin qaz problemi həll olundu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səyyar qəbul otağı”nın növbəti ünvanı Ağstafa rayonu olub.
"Azəriqaz" İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, aksiyaya qatılan 10-a yaxın sakindən 8-i müraciətini ünvanlayıb. Mikrofon önünə keçən abonentlər qapı keçidinin quraşdırılması, debitor borcun araşdırılması və uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsini xahiş ediblər. Bundan başqa küçə qaz xəttinin çəkilməsi və yeni qazlaşmış küçəyə mavi yanacağın verilməsi kimi müraciətlər də sakinlər tərəfindən ünvanlanıb.
Görüşdə səslənən problem və təkliflər barədə Şəmkir RQİİ-nin rəhbər şəxsləri aksiya iştirakçılarına ətraflı məlumat veriblər.