Ekonomiks 11:41 17.05.2023

Şahin Bağırov Səlim Müslümovun idarə rəisi olan qohumunu işdən çıxardı (FOTO)

Gömrük Komitəsinin idarə rəisi vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Komitə sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə qurumun Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik Fuad Əlizadə işdən çıxarılıb.

Xatırladaq ki, Fuad Əlizadə bu vəzifəyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vıəzifəsində çalışıb. O, həm də keçmiş nazir Səlim Müslümovun yaxın qohumudur. Fuad Əlizadə 2000-2002-ci ildə DGK sədrinin müavini vəzifəsini də tutub.

O, 2018-ci ilin noyabr ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin müvafiq əmri ilə Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Əhməd