Xəbər lenti

Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
İdman19:20 21.02.2026

Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Federasiyanın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, cavab oyunlarında rəmzi ilk gedişi Gənclər və İdman Naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin görüşdə qalib gəlib.
İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, digər görüşlər hazırda davam edir.