Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri bu gün VI tur oyunlarını keçirəcək.
Qaynarinfo xəbər verir ki, ötən tur Kubaya məğlub olmuş kişi yığması bu dəfə Slovakiya ilə qarşılaşacaq. Qadın millisi isə Qazaxıstanla qarşılaşacaq.
Şahmat Olimpiadası, VI tur
Kişilər
Slovakiya – Azərbaycan
Viktor Qazik – Şəhriyar Məmmədyarov
Yuray Druşka – Qədir Hüseynov
Xristofer Repka – Vasif Durarbəyli
Lyubomir Ftaçnik – Nicat Abbasov
Qadınlar
Azərbaycan – Qazaxıstan
Günay Məmmədzadə – Jansaya Əbdumalik
Gövhər Beydullayeva – Bibisara Assaubayeva
Gülnar Məmmədova – Kseniya Balabayeva
Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva
Oyunlar Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.
V turun nəticələrindən sonra Azərbaycanın kişi millisi 7 xalla 37-ci yerdə qərarlaşıb. Qadın yığması isə 9 xalla 5-cidir.
Səbuhi Həsənov