Xəbər lenti

Şahruddinə kömək etmək istəyən azyaşlı danışdı: Məni eşitmədi... (VİDEO)
İdman05:33 24.07.2022

Şahruddinə kömək etmək istəyən azyaşlı danışdı: Məni eşitmədi... (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar liqasında "Qarabağ"ın İsveçrə çempionu "Sürix"lə qarşılaşmasında topdaşıyan qismində klubun 16 yaşlılardan ibarət komandasının üzvü Fərid Məmmədyarov da iştirak edib.
Qaynarinfo xəbər verir ki, 3:1 hesabıyla öndə olan "Qarabağ"ın qapısına sona 5 dəqiqə qalmış penalti təyin olunub.
Balaca futbolçu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə kömək üçün rəqib futbolçunun sola vuracağını nə qədər qışqırsa da, xeyri olmur.
Fəridin canfəşanlığı sonradan penaltidəki əsas qəhrəmanları da kölgədə qoyur. O, bir anda internet fenomeninə çevrilir. Hər kəs ona öz sevgisini ifadə edir.
Qarabağın qapıçısı Şahruddin Məhəmmədəliyev isə "Xəzər Xəbər"ə açıqlamasında bütün diqqətinin oyunda olduğunu və uşağı sadəcə eşitmədiyini bildirib.