Avropa İttifaqı Yaponiyadan idxal edilən qida məhsullarına qoyulan məhdudiyyətləri yüngülləşdirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb. Aİ-nin qərarı barədə Baş nazir Şinzo Abeyə Brüsseldə baş tutan iclasda məlumat verilib.
Yaponiyadan qida idxalı barədə dəyişikliklər 2019-cu ilin sonralarında təqdim ediləcək.
Qeyd edək ki, 2011-ci ildə "Fukushima-1" Atom Enerji Stansiyasında sunamidən sonra qəza baş vermişdi. Hadisədən sonra bəzi ölkələr Yaponiyadan balıq və digər qida məhsullarının alışını dayandırmışdı.
Gülşən