Xəbər lenti

Aİ İsveçrənin ''Hərbi Şengen''ə dəvət edilməsini təsdiqlədi
Dünya 17:19 14.01.2025

Aİ İsveçrənin ''Hərbi Şengen''ə dəvət edilməsini təsdiqlədi

Avropa İttifaqı 13 yanvar bazar ertəsi günü İsveçrənin ''Hərbi Şengen'' proqramına dəvət edilməsini rəsmi olaraq təsdiqləyib. Bu proqram Avropada qoşunların maneəsiz yerləşdirilməsini nəzərdə tutur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa Həqiqəti” Aİ Şurasının saytında yayımlanan açıqlamaya istinadən yazıb.

Açıqlamada qeyd olunur ki, bu qərar layihənin koordinatoru olaraq Niderlandın İsveçrəyə 2024-cü ilin sentyabr ayında təqdim etdiyi müraciətə əsasən PESCO-nun (Daimi Strukturlaşdırılmış Əməkdaşlıq) layihəsinə qoşulmaq dəvəti göndərməsinə imkan yaradır.

İnzibati razılaşmalar başa çatdıqdan sonra İsveçrə layihənin rəsmi iştirakçısı olacaq.

Bu PESCO layihəsinin məqsədi hərbi daşımaların transsərhəd prosedurlarını sadələşdirmək və standartlaşdırmaqdır. Layihə hərbi personal və texnikanın Aİ ərazisində avtomobil, dəmir yolu, dəniz və ya hava nəqliyyatı vasitəsilə sürətli hərəkətini təmin edir. 
Kanada, Norveç və ABŞ 2021-ci ildə, Birləşmiş Krallıq isə 2022-ci ildə bu layihəyə qoşulmaq üçün dəvət edilib.

2023-cü ildə NATO üzv ölkələrinə həddindən artıq bürokratik əngəllərin Avropa daxilində qoşunların tezliklə hərəkətini çətinləşdirdiyini və Rusiyayla silahlı qarşıdurma halında ciddi problem yarada biləcəyini xəbərdar etmişdi.

Hələ 2023-cü ilin yazında İsveçrənin neytrallıq ənənəsinə baxmayaraq, kiber müdafiə və hərbi mobilliklə bağlı iki Aİ layihəsinə qoşulma imkanlarını araşdırdığı məlum olmuşdu. Bu qərar Ukraynada genişmiqyaslı müharibə fonunda İsveçrənin qonşu ölkələrlə müdafiə əməkdaşlığını gücləndirməsi çərçivəsində baş verir.

2024-cü ilin oktyabr ayında isə Rumıniya hökuməti Aİ-nin hərbi mobillik təşəbbüsünə uyğun olaraq ölkənin müdafiə ehtiyaclarını qarşılamaq üçün dövlət dəmir yolu şirkətinin yaradılmasını təsdiqləyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->