Xəbər lenti

Aİ Rusiya ilə əlaqələrin kəsilməsinə görə 1,5 trilyon avro itirib
Dünya 18:00 03.12.2023

Aİ Rusiya ilə əlaqələrin kəsilməsinə görə 1,5 trilyon avro itirib

⁹2022-ci ilin fevralından 2023-cü ilin sentyabrına qədər Avropa İttifaqı ABŞ-dan 66,7 milyard avroya 61 milyard kubmetr maye qaz alıb.

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Agentliyin hesablamalarına görə, anti-Rusiya sanksiyalarının təsiri olmasaydı, Amerika şirkətləri 52,2 milyard avro az qazanacaqdılar. Ukraynada müharibə başlamazdan əvvəl ABŞ Aİ-yə ayda orta hesabla 725 milyon avro dəyərində 1,25 milyard kubmetr qaz tədarük edirdi. Sanksiyaların tətbiqindən sonra həcmlər aylıq 3,3 milyard avro dəyərində 3,1 milyard kubmetrə yüksəlib.

Beləliklə, 20 ay ərzində avropalılar ABŞ-dan əlavə olaraq 36 milyard kubmetr qaz idxal edib və bunun üçün iki dəfə çox pul ödəyiblər. Ekspertlərin fikrincə, Aİ Rusiya ilə əlaqələrin kəsilməsindən artıq 1,5 trilyon avro itirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->